Binəqədidə yol qəzası baş verib

Binəqədidə yol qəzası baş verib
  28 İyun 2016    Oxunub:1531
Bu gün səhər saatlarında Binəqədidə yol-nəqliyyat hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Binəqədi rayonunda “Ford” markalı minik avtomobilin qəzaya uğraması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.

Əməliyyat saat 08:13-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti