Bərdədə ağır qəza- 1 ölü, 2 yaralı

Bərdədə ağır qəza- 1 ölü, 2 yaralı
  01 Fevral 2015    Oxunub:1885
Bərdədə ağır yol qəzası baş verib.
Yük avtomobili ilə minik maşınının toqquşması nəticəsində 1 nəfər ölüb, iki nəfər ağır bədən xəsarəti alıb.

Hadisə Yevlax Bəhrəmtəpə yolunun Bərdə rayonu ərazisində qeydə alınıb. Qəza zamanı toqquşan maşınlar “Ford” markalı yük avtomobili ilə “VAZ 2106”dır.

Hadisə zamanı “Ford” markalı yük maşını yoldan çıxaraq aşıb. Yük maşınının sürücüsü və sərnişini ağır bədən xəsarəti aldığından ətrafdakı insanların köməkliyi ilə rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Polis hadisənin səbəblərini araşdırır. Qeyd edək ki, qəza zamanı ölən və xəsarət alanların şəxsiyyəti hələlik məlum deyil.


Teqlər:  





Xəbər lenti