Bəkir Bozdağ Türkiyənin baş naziri olacaq – İDDİA

Bəkir Bozdağ Türkiyənin baş naziri olacaq – İDDİA
  06 May 2016    Oxunub:14317
Əhməd Davudoğlunun istefasından sonra Türkiyədə yeni baş nazirin kim olacağı hamıda sual yaradır. Məşhur “Reuters” informasiya agentliyi Türkiyənin yeni baş nazirinin kimliyi ilə bağlı ilginc iddia irəli sürüb.

AzVision.az xəbər verir ki, agentlik hökumətdəki mənbələrə istinadla baş nazir vəzifəsinə hazırki ədliyyə naziri Bəkir Bozdağın gətiriləcəyini qeyd edib.

“Bozdağ ən güclü namizəddir. Artıq tək gündəm başçılıq sistemidir” - deyə KİV vurğulayıb.

Qeyd edək ki, ötən gün Türkiyənin baş naziri Əhməd Davudoğlu vəzifəsindən və AKP rəhbərliyindən istefa verdiyini bəyan edib. O, istefasının səbəbini konkret açıqlamayıb.

Davudoğlunun mətbuata verdiyi açıqlama bunu deməyə əsas verir ki, onun istefası prezident Rəcəb Tayyib Ərdoğanla münasibətlərindən irəli gəlir:

“Ədalət və İnkişaf Partiyasının son iclasında qəbul edilən qərarlar partiyanın rəhbəri və hökumətin başçısı olaraq məni razı salmayıb. Heç vaxt vəzifə tələb etmədim. Razılıqla sədr seçildim. Razılıq olmazsa, bu addımı atmayacağam. Heç kimlə bazarlıq etmədim. Belə bir deyim var: “Yoldan öncə yol yoldaşı”. AKP-də birliyin davam etməsi üçün dost dəyişməkdənsə, sədrin dəyişməsinə üstünlük verdim”.

Davudoğlunun yerinə gətiriləcək şəxslər arasında prezident Ərdoğanın kürəkəni, enerji və təbii sərvətlər naziri Berat Albayrak, dənizçilik və kommunikasiya naziri Binali Yıldırım, ədliyyə naziri Bəkir Bozdağ və hökumətin sözçüsü Numan Kurtulmuşun adı hallanır.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  





Xəbər lenti