Baş nazir bütün rektorları işdən qovdu

Baş nazir bütün rektorları işdən qovdu
  29 Yanvar 2015    Oxunub:3841
Yunanıstanın yeni baş naziri Aleksis Tsipras vəzifəsinə başlar-başlamaz bir sıra dəyişikliklər edib.
AzVision.az xəbər verir ki, o, ilk olaraq Yunanıstan parlamentinin önündə olan dəmir barmaqlıqları ləğv edib.

“Bizə verilən güc, səlahiyyət xalqa məxsusdur. Biz dialoq və ümumi razılıqla işləyəcəyik. Heç kimi seçimində yanıltmayacağıq” – deyə yeni baş nazir Nazirlər Kabinetinin toplantısında bildirib. O vurğulayıb ki, hökumət 4 məsələni prioritet sayacaq. Bunlardan birincisi Yunanıstanın keçmiş nüfuzunu bərpa etməkdir:

“İqtisadiyyatı gücləndirmək, borcların yenidən müzakirə olunması və sui-istifadə halları ilə mübarizə də hökumətin əsas fəaliyyət istiqamətlərini təşkil edəcək”.

Nazirlərə qərarların qəbulunda sərbəstlik verən hökumət başçısı bu qərarların partiya nizamnaməsi çərçivəsindən çıxmamalı olduğunu qeyd edib. İlk olaraq yeni qərarlarla Təhsil Nazirliyi gündəmə gəlib. Belə ki, nazirlik ölkədəki təhsil sistemini başdan-ayağa yeniləyib.
Orta mətkəblərin 1-ci və 2-ci siniflərindəki imtahanlar ləğv edilib.

Səbəbindən asılı olmayaraq universitetdən kəsilən və ya ali təhsili yarımçıq qalanların təhsili bərpa ediləcək, vaxt məhdudiyyəti olmadan təhsillərini davam etdirə biləcəklər.

Təhsil proqramı və dərsliklər tamamilə yenidən yazılacaq. Yeni dərs ilinə dərslikləri çatdırmaq mümkün olmasa elektron mənbələrdən istifadə ediləcək. Bununla yanaşı bütün universitetlərin rektorları vəzifələrindən azad edilib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti