Bakıda yeni çimərliklər salınıb

Bakıda yeni çimərliklər salınıb
  30 Avqust 2014    Oxunub:5921
Pirallahı qəsəbəsində yeni çimərlik zonaları istifadəyə verilib.
Rayon icra hakimiyyətindən AzVision.az-a bildiriblər ki, çimərliklər ərazisində insanların istirahət etməsi üçün lazımi şərait yaradılıb. Əraziyə günlüklər qoyulub, paltardəyişmə yerləri, futbol və voleybol meydançaları təşkil olunub.

Çimərliklərdə insanların təhlükəsizliyi və sağlamlığı ilə bağlı tədbirlər görülüb. Burada ilkin tibbi yardım məntəqəsi yaradılaraq, xəbərdaredici və məlumatlandırıcı lövhələr vurulub.

Bundan əlavə, Fövqəladə Hallar Nazirliyinin dalğıc geyimləri və ləvazimatları ilə təchiz olunmuş xilasedici qruplar çimərlik zonalarda xidmət göstərir.


Teqlər:  





Xəbər lenti