Bakıda türkdilli dövlətlərin əməkdaşlığı müzakirə edildi

Bakıda türkdilli dövlətlərin əməkdaşlığı müzakirə edildi
  18 Aprel 2014    Oxunub:822
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibi Xəlil Akıncını qəbul edib.
AzVizion.az Xarici İşlər Nazirliyinin saytına istinadənxəbər verir ki, görüşdə Azərbaycanla Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, habelə təşkilata üzv dövlətlər arasında əməkdaşlıq məsələləri və təşkilat tərəfindən keçirilməsi nəzərdə tutulan tədbirlər haqda fikir mübadiləsi aparılıb.

Həmçinin görüş zamanı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının digər beynəlxalq təşkilatlarla əməkdaşlığı da müzakirə olunub.


Teqlər:  





Xəbər lenti