Bakıda möhtəşəm bina tikilir - FOTOLAR

Bakıda möhtəşəm bina tikilir - FOTOLAR
  20 Oktyabr 2014    Oxunub:3496
Heydər Əliyev Mərkəzinin yaxınlığındakı tikinti sahəsində iş sürətlə davam etdirilir
Bakıda möhtəşəm konvensiya mərkəzi (Baku Convention Centre) tikilir. AzVision.az-ın məlumatına görə, Nərimanov rayonu ərazisində, Heydər Əliyev Mərkəzinin yaxınlığında inşa olunan mərkəzdə işlər sürətlə davam etdirilir. Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sifarişi ilə inşa olunan kompleksdə konfrans, banket, müxtəlif sərgilər, konsertlər və təqdimatlar keçirmək mümkün olacaq. Mərkəz eyni zamanda 4500 qonağı qəbul edə biləcək. Burada 500 nəfərə yaxın işçi xidmət göstərəcək. Konvensiya mərkəzində 3500-ü aşağıda olmaqla 4700 oturacaq olacaq.

Qeyd edək ki, hazırda ərazidə tikinti işləri sürətlə davam etdirilir. Mərkəzin beton işləri artıq yekunlaşıb və digər konstruksiyaların quraşdırılması davam etdirilir. Konvensiya mərkəzi müasir işıqlandırma sistemi və dizaynı ilə Heydər Əliyev Mərkəzi ilə bütünlük təşkil edəcək.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti