Bakıda məscidlər nəzarətə götürüldü

Bakıda məscidlər nəzarətə götürüldü
  27 Noyabr 2014    Oxunub:1805
Ötən gün Qaraçuxurda törədilən yanğından sonra məscidlərin təhlükəsizlik məsələsi gündəmə gəlib. Daxili İşlər Nazirliyi (DİN) ölkə ərazində yerləşən məscidlərdə görülən təhlükəsizlik tədbirləri ilə bağlı açıqlama verib.
DİN-nin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov AzVision.az-a açıqlamasında bildirib ki, insanların toplaşdığı yerlər daim nəzarət altındadır:

“Ölkə ərazisində kriminal vəziyyətə nəzarət olunur. İnsanların toplaşdığı yerlər, strateji obyektlər daimi nəzarət altındadır”.

Qeyd edək ki, ötən gün Qaraçuxur məscidində yanğın hadisəsi baş verib. Hadisənin videosu yayılıb. Videoda məscidə molotov kokteylinin atılması əks olunub.

Xatırladaq ki, bir neçə il öncə isə Bakının Nərimanov rayonu ərazisində yerləşən Əbu Bəkir məscidində partlayış baş vermişdi. Hadisə zamanı ölən və yaralananlar olmuşdu.

Hafiz Əhmədov


Teqlər:





Xəbər lenti