Bakıda məktəb yandı -FOTOLAR (Yenilənib)

Bakıda məktəb yandı -FOTOLAR (Yenilənib)
  23 May 2016    Oxunub:65240
Bakının Xətai rayonunda yerləşən 95 saylı orta məktəbdə partlayış baş verib.

AzVision.az-ın əldə etdiyi məlumata görə, hadisə bir neçə dəqiqə bundan öncə olub.

Faktı Fövqəladə Hallar Nazirliyindən təsdiqləyiblər. Bildirilib ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin texnika və canlı qüvvəsi, həmçinin Təcili Tibbi yardım maşınları cəlb olunub.

Partlayışın baş vermə səbəbi hələlik bilinmir.


***

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev AzVision.az-a bildirib ki, hadisə ilə bağlı əraziyə 2 birqada göndərilib.

Onun sözlərinə görə, hadisənin səbəbi və xəsarət alanların olub-olmaması haqda məlumat yoxdur.

İlkin ehtimallara görə, partlayışdan sonra məktəbin binasında yanğın baş verib. Yanğın hadisəsi qısaqapanma nəticəsində qeydə alınıb.

Məktəbdə olan bütün şagirdlər təxliyə olunub.

***

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev AzVision.az-a bildirb ki, məktəbdə baş verən yanğın zamanı şagirdlər arasında xəsarət alan olmayıb.

Yanğın tam söndürülüb.

AzVision.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın elektrik naqillərindəki qısaqapanma nəticəsində baş verib.

Yanğından sonra məktəbin otaqlarında tüstülənmə olub. Müəllimlərin sözlərinə görə, məktəbin direktoru Fuad Babayev şüşələri sındıraraq şagirdləri xilas edib.

Tüstüdən zəhərlənən direktora ilkin tibbi yardım göstərilib.

























Hafiz Əhmədov
Foto: Elvin Abdulla
AzVision.az


Teqlər:  





Xəbər lenti