Bakıda marşrut avtobuslarına kameralar quraşdırılır

Bakıda marşrut avtobuslarına kameralar quraşdırılır
  26 May 2016    Oxunub:3004
Bakıda bir sıra marşrut xətləri üzrə hərəkət edən avtobuslarda müşahidə kameraları quraşdırılır.
AzVision.az-ın məlumatına görə, artıq bir neçə marşrut avtobusunda kameraları görmək mümkündür.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova AzVision.az-a bildirib ki, bəzi avtobuslarda kameralar Bakı Nəqliyyat Agentliyi tərəfindən deyil, marşrut sahiblərinin təşəbbüsü ilə quraşdırılır.

““Baku Bus” öz təşəbbüsü ilə xəttə buraxılan avtobuslarına kameralar quraşdırıb. Amma Bakı Nəqliyyat Agentliyi tərəfindən digər avtobuslara kameraların quraşdırılması ilə bağlı hər hansı təlimat verilməyib”-deyə Nuridə Allahyarova bildirib.

Qeyd edək ki, təkcə şəhəriçi deyil, Bakıətrafı qəsəbələrə hərəkət edən avtobuslara da kameraların quraşdırılması nəzərdə tutulub. Artıq “Qaraçuxur” istiqamətində işləyən 81 saylı marşrut avtobusunda müşahidə kameraları quraşdırılıb.

Güləkin Ələsgər
AzVision.az


Teqlər:  





Xəbər lenti