Bakıda kran maşınların üstünə aşıb

Bakıda kran maşınların üstünə aşıb
  20 Noyabr 2014    Oxunub:2173
Bakıda ağır yol qəzası baş verib.
AzVision.az xəbər verir ki, Binəqədi rayon Polis İdarəsindən anspress-ə verilən məlumata görə, hadisə Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalının yaxınlığında baş verib.

Belə ki, “KamAZ” markalı yük maşını ərazidə olan kranla toqquşub. Nəticədə kran maşınların üzərinə aşıb. İlkin ehtimala görə, qəzaya səbəb sürətlə hərəkət edən “KamAZ” markalı yük maşınının əyləc sisteminin işləməməsidir.

Hazırda hadisə yerində araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti