Bakıda ər və arvadı küçədə döydülər

Bakıda ər və arvadı küçədə döydülər
  01 Dekabr 2015    Oxunub:1829
Bakıda gənc oğlan gecə saatlarında qarşısına çıxan cütlüyü döyüb.
AzVision.az milli.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində ər-arvad xəsarət alıb.

Bərdə rayon sakini, 1990-cı il təvəllüdlü Səbuhi Əliyev axşam saatlarında küçədə yaxınlaşdığı cütlüklə mübahisə edib.

O, xuliqanlıq zəminində Erkin Annağıyevi və arvadı Reyhan Abbasovanı döyüb. Hadisəni törədən S.Əliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti