Bakıda avtobus qəza törətdi

Bakıda avtobus qəza törətdi
  30 Oktyabr 2014    Oxunub:1540
Bu gün səhər saatlarında Bakıda sərnişin avtobusu qəza törədib.
Binəqədi-"Gənclik" metrostansiyası istiqamətində hərəkət edən 133 saylı avtobus Azadlıq prospektində tuneldə hərəkət edərkən bardürə çırpılıb.Yüksək sürətlə hərəkət edən avtobus daha sonra qarşıda hərəkət edən avtomobilə çırpılıb. Nəticədə zəncirvari qəza baş verib. Qəzadan təşvişə düşən sərnişinlər avtobusdan boşaldılıb.

AzVision.az xəbər verir ki, movqe.az avtobus xətinin sahibkarı, "Çinar Trans" MMC-nin rəhbəri Etibar Manafovla əlaqə saxlasa da, cəhdlərimiz alınmadı. E. Manafovun mobil telefonuna zəng çatmayıb. Xatırladaq ki, bu 133 saylı avtobusda son günlər baş verən ikinci qəza hadisəsidir. Ötən ay bu xətin sürücüsü Valid Məmmədov iki piyadanı vurmuşdu. Nəticədə sərnişinlərdən birinin, Samir Həsənovun dalağını çıxarıblar, qabırğaları sınıb, ciyəri dağılıb.


Teqlər:





Xəbər lenti