Bakıda ata-oğul güllələnib

Bakıda ata-oğul güllələnib
  02 Oktyabr 2014    Oxunub:1887
Güllələnən şəxslər ata və oğludur
Dünən Binəqədi rayonunda baş vermiş silahlı insidentin təfərrüatları məlum olub. AzVision.az-ın milli.az-a istinadən məlumatına görə, hadisə Dərnəgül qəsəbəsində yerləşən və məcburi köçkünlərin məskunlaşdığı binada baş verib. Ağdamdan məcburi köçkün olan Hicran Səfərov ov tüfəngindən atəş açaraq qonşusu, həm də həmyerliləri olan Ayxan və onun atası Rövşəni güllələyib.

H.Səfərovun yaxınları bildiriblər ki, qanlı hadisənin təməli bu il iyulun 30-da qoyulub. Həmin gün saat 20 radələrində Hicran Səfərovun oğlu Coşqun bıçaqlanıb.
Məlum olub ki, onu qonşuluqda yaşayan Ayxan Savalanlı bıçaqlayıb. Lakin hadisənin baş verməsindən 62 gün keçməsinə baxmayaraq, A.Savalanlı həbs edilməyib. Buna dözməyən H.Səfərov da qisas zəminində A.Savalanlını və onun atasını ov tüfəngindən güllələyib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırmalar aparılır.


Teqlər:





Xəbər lenti