Bakı yollarında monitorinq aparılır

Bakı yollarında monitorinq aparılır
  20 Oktyabr 2016    Oxunub:1432
Bakı Nəqliyyat Agentliyi paytaxtın əsas küçə və prospektlərində nəqliyyat vasitələrinin rahat, intensiv və təhlükəsiz hərəkətini təmin etmək üçün mütəmadi olaraq şəhərdaxili və qəsəbədaxili yollarda monitorinqlər aparırır.
Qurumun İctimai Əlaqələr və Maarifləndirmə Şöbəsindən AzVision.az-a verilən xəbərə görə, montorinqlər zamanı əldə edilən məlumatlar xüsusi ekspert qrupu tərəfindən təhlil edilir, mövcud qanunvericiliyin tələbləri nəzərə alınmaqla təşəbbüslər irəli sürülür.

Bakı Nəqliyyat Agentliyinin irəli sürdüyü növbəti belə bir təşəbbüs ilə Ziya Bünyadov prospektinin Xəlil Rza Ulutürk küçəsi ilə kəsişməsində yaranan nəqliyyat sıxlığını aradan qaldırmaq və Xəlil Rza Ulutürk küçəsindən hərəkət edən nəqliyyat vasitələrinin, o cümlədən müntəzəm sərnişindaşıma xidməti göstərən avtobusların birbaşa yol ötürücüsünə daxil olmalarının qarşısını almaq məqsədilə 132 metr məsafədə, qoşa xətt boyunca 60 sm enində bordür düzülməkdədir.

“Koroğlu” metro stansiyası yaxınlığında yerləşən Nəqliyyatı Mübadilə Mərkəzindən (Koroğlu NMM) Qara Qarayev prospekti və Hava Limanı istiqamətində hərəkət etmək istəyən avtobuslar Xəlil Rza Ulutürk küçəsindən qoşa xəttin tələblərini pozaraq birbaşa Böyükşor körpüsünə daxil olmaları günün pik saatlarında qeyd edilən ərazidə nəqliyyat vasitələrinin hərəkətində tıxac və sıxlıq hallarının yaranması ilə yanaşı, yol nəqliyyat hadisələrinin baş verməsinə də səbəb olurdu.

X.R.Ulutürk küçəsi tam olaraq istifadəyə verildikdən sonra həmin küçədə nəqliyyat vasitələrinin sayının artması Z.Bünyadov prospekti ilə kəsişmədə daha böyük problemlərin yaranmasına gətirib çıxaracaqdı.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti