Bakı-Tbilisi-Qarsla ABŞ hərbi texnikası daşınacaq

Bakı-Tbilisi-Qarsla ABŞ hərbi texnikası daşınacaq
  25 İyul 2014    Oxunub:1014
ABŞ “Azərbaycan Dəmir Yollları” QSC və Bakı-Tbilisi-Qars dəmiryolu ilə hərbi texnika daşıyacaq.

Bu barədə AzVision.az “Qruziya Online” istinadən xəbər verir.

Rusiyadan olan mənbələrin sözlərinə görə, ABŞ bu “Qafqaz dəhlizi” vasitəsilə Əfqanıstanda olan hərbi texnikasını təxliyyə edəcək

“Qafqaz dəhlizi vasitəsilə ABŞ hərbi texnikası Əfqanıstanın Herat şəhərindən, Marı şəhərinə (Türkmənistan) daha sonra isə dəmiryolu xətti ilə Türkmənbaşı limanına, oradan bərə vasitəsilə Bakıya və sonra Bakı-Tibilisi-Qars dəmiryolu ilə Batumiyə və ya Türkiyəyə göndəriləcək”, -deyə mənbə bildirib.

Mənbə eyni zamanda bildirib ki, 2014-cü ilin payızından 2016-cı ilə qədər “Qafqaz dəhlizi” vasitəsilə ən azı 2200 hərbi texnika və konteyner daşınacaq.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti