Azərbaycanlılardan “soyqırım” aksiyasına zərbə - İsraildə (VİDEO)

Azərbaycanlılardan “soyqırım” aksiyasına zərbə - İsraildə (VİDEO)
  24 Aprel 2015    Oxunub:6024
Bu dəqiqələrdə İsrailin paytaxtı Təl-Əvivdə “soyqrım”nın 100 illiyi ilə bağlı erməni diasporasının aksiyası keçirilir.

Ermənilərdən ibarət kütlə Təl-Əvivdə Türkiyənin İsraildəki səfirliyinin yerləşdiyi əraziyə doğru hərəkət edir. Ermənilər “soyqırım”ı tanımayan İsrailin əleyhinə şüarlar səsləndirirlər.

Lakin bu il ermənilər heç də xoş olmaya sürpriz gözləyib. Erməni lobbisinin təzyiqlərinə təslim olmayan rəsmi Təl-Əvivin siyasətinə dəstək olaraq azərbaycanlılar “soyqırım” tərəfdarlarının qarşısına çıxıblar.

Bu aksiyada 100-dən çox azərbaycanlı iştirak edib. Onlardan ən aktivləri isə Səadət Şükürova, Nissim Menahem, Anar Fəracullayev, Hafiz Rəhimov, Cəmil Məmmədov, Gülya Yusif olub. Məhz onlar bu aksiyanın təşkilatçıları olub. Aksiya iştirakçıları 1992-ci ilin fevralında Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımı əks etdirən posterlər, fotolar və plakatlar hazırlayıblar.

Üzərində “Justice for Khojaly” (Xocalıya ədalət) şüarı olan köynəklər geyinən aksiya iştirakçıları şəhərin diplomatik məhəlləsində küçəni bağlayaraq Xocalı soyqırımının günahsız qurbanlarını bir dəqiqəlik sükutla yad ediblər. Etirazçılar erməni təcavüzkarları ifşa edən şüarlar səsləndiriblər. Onlar Xocalı qətliamını insanlığa və Azərbaycan xalqına qarşı törədilmiş soyqırım kimi xarakterizə ediblər.

İsraildə Azərbaycan icmasının nümayəndələri paytaxt Təl-Əvivdə Hayarkon küçəsində gəzərək sadə vətəndaşların diqqətini Xocalıda törədilən vəhşiliklərə yönəldiblər.

Aksiya iştirakçıları sadə insanlara ingilis dilində Xocalı haqqında Heydər Əliyev Fondu tərəfindən nəşr edilən kitabçalar, o cümlədən bu soyqırım zamanı baş verən faciəli hadisələr, onların təşkilatçıları haqqında dəqiq məlumatları özündə əks etdirən təbliğat xarakterli vərəqələr paylayıblar.

Həm Azərbaycan həm də ermənilərin aksiyası İsrail polisinin ciddi nəzarət altında keçirilib.

Eldar Tanrıverdiyev

Qalereya




Teqlər:  





Xəbər lenti