Azərbaycanlı milyarder obyektlərini satdı

Azərbaycanlı milyarder obyektlərini satdı
  31 İyul 2014    Oxunub:966
Azərbaycanlı biznesmen Vahid Ələkbərovun rəhbəri olduğu “Lukoyl” şirkəti Ukraynadakı biznes obyektlərinin Avstriyanın “AMİC Energy Management GmbH” şirkətinə satılması barədə razılığa gəlib.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən, Rusiyanın “Lukoyl” şirkətinin törəmə müəssisəsi olan “Lukoyl –Ukrayna” şirkətinin Ukrayna ərazisində 240 yanacaqdolduma məntəqəsi və 6 neft bazası var.

Satış barədə danışıqlar Avstriya şirkətinin təşəbbüsü ilə həyata keçirilib. Hazırda tərəflər müvafiq sazişi imzalamağa hazırlaşır. “Lukoyl” şirkəti razılaşmanın şərtləri barədə məlumat vermir.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti