Azərbaycanlı mer niyə öldürüldü?

Azərbaycanlı mer niyə öldürüldü?
  27 İyul 2014    Oxunub:870
Ötən gün səhər saatlarında qətlə yetirilən Poltava vilayətinin Kremençuk şəhərinin meri Oleq Babayev Poltava Regional Dövlət Administrasiyasına rəhbərlik etməli idi.
AzVision.az xəbər verir ki, evinin qarşısında naməlum şəxslər tərəfindən güllələnən Babayevin yaxınları açıqlamalarında belə deyiblər.

Onların sözlərinə görə, Kremençuk şəhərinin meri vəzifəsini icra edən Oleq Babayev artıq bir neçə təsdiqlənmədən keçmişdi, gələn həftə isə Poltava Regional Dövlət Adminstrasiyanın rəhbəri təyin edilməsi üçün görüşləri planlaşdırılırdı.

Ukraynanın hüquq-mühafizə orqanları Kremençuq şəhərinin meri Oleq Babayevin qətlə yetirilməsi ilə bağlı bir neçə versiyanı nəzərdən keçirirlər. Poltava vilayəti üzrə DİN İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yuri Sulayev açıqlamasında qətlin peşəkar, sahibkarlıq fəaliyyəti və yaxud şəxsi zəmində törədilməsi kimi bir neçə ehtimalların mövcudluğunu bildirib.

Qeyd edək ki, O.Babayev 21 oktyabr 1965-ci ildə Kursk şəhərində doğulub. Onun atası əslən Gəncə şəhərindən olub.
1990-cı ilin dekabrdan Ukrayna vətəndaşı olub. O, Almaniyadan gətirilən avtomobillərin satışı, dəri emalı biznesi ilə məşğul olub. (anspress)


Teqlər:





Xəbər lenti