Azərbaycanlı futbolçunu öldürən erməni həbs edildi - Yenilənib

Azərbaycanlı futbolçunu öldürən erməni həbs edildi - Yenilənib
  20 Aprel 2015    Oxunub:3218
Rusiya İstintaq Komitəsi Yekaterinburqda azərbaycanlı, 27 yaşlı Emil Hüseynovun qətli ilə bağlı məlumat yayıb.
AzVision.az-ın APA-ya istinadən verdiyi xəbərinə görə,qətl hadisəsi aprelin 19-da səhər saatlarında Yekaterinburqun Çkalovski rayonunun Alpinistov küçəsində yerləşə kafedə qeydə alınıb. Rayonun hüquq-mühafizə orqanlarına kafedə insident baş verdiyi və nəticədə Emin Hüseynov adlı azərbaycanlının bıçaqlanaraq qətlə yetirildiyi barədə məlumat daxil olub.

Aparılan araşdırmalara zamanı məlum olub ki, insident zamanı daha bir nəfər yaralanıb. Adı açıqlanmayan həmin şəxs mübahisə edənlərin yanında olub.

Hadisənin məişət zəminində baş verdiyi müəyyənləşib.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105.1-ci (qəsdən adamöldürmə ) maddəsi ilə cinayət işi başlanıb. Keçirilən əməliyyatla 1992-ci il təvəllüdlü bir nəfər şübhəli şəxs qismində saxlanılıb. Adı açıqlanmayan həmin şəxsin əvvəllər də məhkumluq həyatı yaşadığı məlum olub.

Ümumrusiya Azərbaycan Konqresinin Sverdlovsk Vilayəti üzrə regional bölməsinin sədri Şahin Şıxlinski APA-ya qətldə şübhəli bilinən şəxsin milliyətcə erməni Tiqran Çiçakyan olduğunu bildirib: "Şahidlər hadisə baş verən zaman Tiqranın qardaşı Andranikin də orda olduğunu söyləyiblər. Hüquq-mühafizə orqanları ilkin olaraq qətldə iştirak edən 5 nəfəri saxlamışdı. Bir nəfər barəsində isə axtarış vermişdi. Son olaraq, Tiqran Çiçakyan adlı şəxs barəsində cinayət işi başlanıb. Saxlanılan digər şəxslər isə sərbəst buraxılıb".


***
13.46

Azərbaycanlı sabiq futbolçu Emil Hüseynov Rusiyanın Yekaterinburq şəhərində ermənilər tərəfindən Azərbaycan musiqisinə görə öldürülüb.

Məlumata görə, Emil Hüseynov dostları ilə birlikdə kafedə əyləşib. Dostlar Azərbaycan musiqisi sifariş ediblər.

Kafedə Azərbaycan musiqisi çalındıqdan sonra qonşu stolda oturan ermənilərdən biri Emil Hüseynova bayıra çağırır. Bu zaman hər iki tərəfdən şəxslər çölə çıxaraq mübahisə ediblər. Söhbət əsnasında erməni əlindəki bıçağı Emil Hüseynovun ürəyinə soxub. Bu zaman digər ermənilər də Emili bıçaqlamağa başlayırlar.

Azərbaycanlılar köməyə tələsərkən ermənilər hadisə yerindən qaçaraq uzaqlaşıblar. Emil Hüseynovun həyatını xilas etmək olmayıb. Polis azərbaycanlını bıçaqlayan 5 ermənini tutub. Altıncı erməni isə hazırda axtarılır. Mərhumun cənazəsi bu gecə saat 00:40-da dəfn olunmaq üçün Gəncə şəhərinə gətiriləcək.

Qeyd edək ki, Emil Hüseynov futbolçu karyerası ərzində "Neftçi" və artıq fəaliyyətini dayandırmış "Karvan" və "Abşeron" komandalarının formasını geyinib (Ans)


Teqlər:  





Xəbər lenti