Azərbaycanlı NLP ustadına yüksək dərəcə veriləcək

Azərbaycanlı NLP ustadına yüksək dərəcə veriləcək
  18 Aprel 2015    Oxunub:3752
Türkiyənin tanınmış Fərdi və Təşkilati İnkişaf Ustadı Cemal Kondu Bakıya səfərə gələcək. Bu haqda MTİ-nin Azərbaycan təmsilçiliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, səfərin əsas məqsədi Azərbaycanda fərdi inkişaf sektorunun genişlənməsi üçün imkanları dəyərləndirmək və aidiyyatı təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulmasıdır. Bundan başqa türkiyəli qonaq, MTİ-nin Azərbaycan təmsilçisi, tanınmış NLP Ustadı Babək Bayramovu NLP-nin ən yüksək dərəcəsi olan - Master NLP Trainer – elan edəcək. Qeyd edək ki, Babək Bayramov beynəlxalq aləmdə böyük nüfuza malik bir təşkilatdan bu adı almış ilk azərbaycanlı olacaq.

Cemal Kondu Bakı səfərində Azərbaycan media təmsilçiləri üçün xüsusi proqramı hazırlayıb. Belə ki, məhz media mənsubları üçün Fərdi İnkişaf seminarının və mətbuat konfransının keçirilməsi də səfərin proqramına daxildir.

Bundan əlavə, Babək Bayramovla birlikdə “NLP ilə effektiv ünsiyyət” və “Koçluq fəlsəfəsi” seminarları da keçiriləcəkdir. Məlumat üçün bildirək ki, Cemal Kondu - NLP, Reiki, EFT, GTT, TLT, Kinesiologiya, Nəfəs, Koçluq və s. Fərdi İnkişaf sahələrinin ustadlar birliyi olan MTİ (Mind Training İnstitute)-nin Türkiyə təmsilçiliyinin sədridir və Türkiyənin bir çox şəhərlərində şöbələri olan "Saygın NLP kişisel gelişim ve koçluk merkezini ltd. Şti.”-nin təsisçisidir.


Teqlər:





Xəbər lenti