Azərbaycanın ən yaşlı sakini – Alman qızın sevgi hekayəsi (FOTOLAR)

Azərbaycanın ən yaşlı sakini – Alman qızın sevgi hekayəsi (FOTOLAR)
  28 May 2016    Oxunub:45428
“Mən sevdiyim insan üçün Azərbaycana gəlmişəm”

Hazırda Azərbaycanın ən yaşlı vətəndaşı Lena Abbasovadır. 1890-cı ildə anadan olan Lena Abbasova hazırda Yevlax rayonun Nərmanabad kəndində yaşayır. O, həm də ölkənin ən yaşlı seçicisidir.

AzVision.az-ın məlumatına görə, üç əsrin canlı şahidi olan Lena Abbasovanın anası alman, atası isə rus əsilli olub. 126 yaşlı sakinin hazırda səhhətində müəyyən problemlər var.



O, gəzməkdə və danışmaqda çətinlik çətir. Qəhrəman ananın nə az, nə çox 113 nəvə-nəticəsi var.

Bu barədə saytımıza Lena Abbasovanın nəvəsi Bəylər Abbasov bildirib: “Nənəm bizimlə yaşayır. Onun 3 övladı var. İki oğul, bir qız. Oğlunun biri rəhmətə gedib. Nənəmin indi vəziyyəti yaxşı deyil. Səhhətində müəyyən problemlər var.

O, Lenin dövrünü görüb. Nənəmin anası alman qızı olub, atası isə rus. Onlar Rusiyanın Krasnodar şəhərində yaşayıblar. Daha sonra Gürcüstanın Kaxetiya şəhərinə köçüblər. Babamla orada tanış olub və ailə həyatı qurublar. 1947-ci ildə isə Yevlaxa köçüblər.



Həmin vaxt nənəm Azərbaycan dilini bilmirmiş. Çətinliklə bizim dilini öyrənib. Çox əziyyətlər çəkib. Uşaqlara baxmaq üçün kənddə kolxoz-sovxozda işləyib. Biz məktəbdə oxuyan zaman nənəm xadimə işləyirdi. Zəhmətkeş insandır”.

Ailə üzvlərinin bildirdiyinə görə, Lena Abbasovanın Rusiyadan köçküyü üçün qohumları ilə münasibətləri pozulub.



“Babamla ailə həyatı qurmamışdan öncə nənəmin dayıları ilə münasibəti yaxşı olub. Gürcüstana köçmək istəyəndə dayıları ona icazə verməyiblər. Amma nənəm dayılarından gizli avtobusa minərək Gürcüstana gəlib, orada babamla ailə həyatı qurub. Bundan sonra qohumları ilə əlaqələri pozulub.

Nənəm babamı sevdiyi üçün Azərbaycana köçdüyünü deyir. O, bildirirdi ki, əgər sevirsənsə, harada yaşamağından aslı olmayaraq, orada xoşbəxtsən. Nənəmlə babam bir-birilərini seviblər. Onların sevgisi bu gün gənclər üçün örnəkdir. Nənəm babamı sevməsəydi, ailəsindən, vətənindna imtin edib, tanımadığı ölkəyə gəlməzdi”.







Hafiz Əhmədov
Fotolar müəllifindir



Teqlər:  





Xəbər lenti