Azərbaycanda polisin səlahiyyətləri artırılır

Azərbaycanda polisin səlahiyyətləri artırılır
  06 Oktyabr 2015    Oxunub:3576
Azərbaycanda polis əməkdaşlarının yerinə yetirdiyi vəzifələr artırılır.
AzVision.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında “Polis haqqında” qanuna dəyişiklik edilib.

“Polis haqqında” qanunun 14-cü maddəsinə (İctimai qaydanın qorunması və ictimai təhlükəsizlin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələri) yeni əlavə edilən bəndə əsasən, kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsi zamanı idman obyektlərində, tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdə, eləcə də idman obyektlərinə bitişik ərazilərdə və təxliyə yollarında zorakılığın qarşısını almaq, yarış iştirakçılarının və tamaşaçıların təhlükəsizliyini və ictimai asayişi təmin etmək də polis əməkdaşının vəzifəsi olacaq.

Dəyişiklik səsə qoyularaq qəbul edilib.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti