Azərbaycanda dopinqlə bağlı qanun hazırlanıb

Azərbaycanda dopinqlə bağlı qanun hazırlanıb
  27 Sentyabr 2016    Oxunub:1172
"Azərbaycanda ilk dəfə olaraq "İdmanda dopinq vasitələrinin istifadədəsinə qarşı mübarizə haqqında" yeni qanun layihəsi hazırlanıb.
AzVision.az xəbər verir ki, bu barədə Milli Məclisin Gənclər və İdman komitəsinin bu gün keçirilən iclasında komitə sədri Fuad Muradov məlumat verib.

Komitə sədri bildirib ki, Azərbaycanda indiyədək bu sahədə qanun olmayıb.

O, qeyd edib ki, Azərbaycanda dopinq vasitələrinin istifadəsinə qarşı uzun müddətdir mübarizə gedir: “Amma bu günə qədər bizim dopinqə qarşı mübarizə ilə bağlı milli qanunumuz olmayıb. Dopinqlə mübarizə üçün qanunun yaradılması ilə bağlı Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin birgə işçi qrupu da yaradılıb. Bu gün Beynəlxalq Dopinq Agentliyinə üzv olan ölkələrin hər biri agentliyin və bu sahədə mövcud olan beyxəlxalq qanunvericilik bazasından istifadə edir”.

F.Muradov vurğulayıb ki, Azərbaycanda doppinqə qarşı mübarizə sahəsində yeni qanunun qəbul olunacaq: “Bu gün Azərbaycanda da dopinq istifadəçilərinin yaşı getdikcə aşağı düşür. Biz doppinqə qarşı mübarizə ilə bağlı Azərbaycanda ilk dəfə qanunun qəbul olunmasında çox israrlıyıq. Bu məsələ Milli Məclisin payız sessiyasında öz həllini tapacaq. Dopinqə qarşı mübarizə Azərbaycan gənclərinin həyatı ilə bağlı çox mühüm məsələdir. Çünki bu gün dünyada və Azərbaycanda dopinq istifadəçilərinin yaşı gəncləşməkdədir. Bu da inkişaf etməkdə olan gənc idmançıların və gənclərin fiziki inkişafına çox böyük təhlükədir”.

Qanun layihəsi Milli Məclisin payız sessiyasına tövsiyə olunub.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti