Azərbaycanda ahıl insanların sayı - 400 min

Azərbaycanda ahıl insanların sayı - 400 min
  01 Oktyabr 2014    Oxunub:1750
Azərbaycanda 400 min nəfərə yaxın ahıl insan var.

AzVision.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsi 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü ilə bağlı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, ölkəmizdə 70 yaşına çatmış vətəndaşlar ahıl hesab olunurlar,

Bundan əlavə əmək pensiyalarının baza məbləği 100 manat, orta aylıq məbləği 172,7 manat, yaşa görə pensiyalar üzrə orta aylıq məbləğ 190,9 manat, əvəzetmə əmsalı 45 faiz təşkil edib. Nəticədə pensiyaların orta aylıq məbləği pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyib.

Dövlət qarşısında xüsusi xidmətləri olmuş ahıllar Azərbaycan prezidentinin təqaüdü ilə də təmin olunurlar. Prezidentinin 17 mart 2014-cü il fərmanına əsasən, Böyük Vətən müharibəsi əlillərinə verilən Azərbaycan Prezidentinin təqaüdləri aprelin 1-dən I qrup əlillər üçün 110 manatdan 150 manata, II qrup əlillər üçün 85 manatdan 130 manata və III qrup əlillər üçün 60 manatdan 100 manata çatdırılıb. Böyük Vətən müharibəsi iştirakçılarına, Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə təyin olunan prezident təqaüdünün aylıq məbləği may ayının 1-dən 82 faiz artırılaraq 55 manatdan 100 manata qaldırılıb.

Bu vaxta qədər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1055 nəfər Böyük Vətən müharibəsi əlilini minik avtomobili, həmin təbəqədən olan 80 nəfərə yaxın ahılı isə mənzillə təmin edib.

Hazırda 13 100 nəfərdən çox vətəndaşa evlərində sosial-məişət xidməti göstərilir ki, onlardan 11 min nəfərdən çoxu 70 yaşdan yuxarı olanlardır. Sosial xidmət müəssisələrində 200 nəfərədək ahıl tam dövlət təminatında yaşayır.

AzVision.az


Teqlər:  





Xəbər lenti