Azərbaycan yeni döyüş maşınları istehsal edir - FOTOLAR

Azərbaycan yeni döyüş maşınları istehsal edir - FOTOLAR
  01 Oktyabr 2016    Oxunub:31093
Azərbaycan daha bir zirehli döyüş maşınının istehsalına başlayır.
AzVision.az xəbər verir ki, Azərbaycan-Kanada Birgə Müəssisəsi - AZCAN “ADEX 2016” beynəlxalq müdafiə sərgisində Azərbaycanda istehsal olunmaq və xaricdə satılmaq üçün yaradılmış flaqman tipli zirehli transportyoru (ZTR) nümayiş etdirib.

AzCan Sentry Şəxsi heyətin daşınması üçün nəzərdə tutulsa da, avtomobildə müxtəlif silahlar quraşdırmaq mümkündür. Maşının çəkisi 17 tondur.

Tank əleyhinə mina partlayışına davamlı olan maşın 20 kilometr məsafədə hərəkəti tutur və müəyyən edir. Zirehli avtomobil iki modeldə istehsal ediləcək.

Avtomobil üzərində quraşdırılan pulemyot hədəfi müəyyənləşdirərək 2000 metrdə nişan alıb avtomatik atəş açmaq qabiliyyətinə malikdir.

AzCan "Huron" və "Sentry" Zirehli Transportyorlarının digər məlumatları aşağıdakı kimidir:

AzCan Huron
- Heyət: 16 nəfər.
- Gücü: 305 a.g.
- Mühərrik 8.3 l Dizel.

AzCan Sentry
- Heyət: 8 nəfər.
- Gücü: 362 a.g.
- Mühərrik: 6.7 l Dizel V8.

AZCAN-ın baş direktoru Roman Şimonov AzVision.az-a bildirib ki, onların təqdim etdiyi flaqman tipli ZTR Azərbaycanda istehsal ediləcək və dünyanın bütün ölkələrində satışa çıxarılacaq.

Qeyd edək ki, AZCAN təhlükəsizlik sahəsində müştərək Azərbaycan-Kanada müəssisədir. Şirkət 2016-cı ilin sonundan Azərbaycanda fəaliyyətə başlayacaq.













Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti