Azərbaycan müdafiə xərclərini artırıb

Azərbaycan müdafiə xərclərini artırıb
  21 İyul 2014    Oxunub:1389
Azərbaycan müdafiə xərclərini təxminən 25 faiz artırıb.

AzVision.az-a bu barədə Maliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildiriblər ki, 2014-cü ilin altı ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 94,7 faiz və ya 8723,8 mln. manat icra olunub.

Məlumata görə, funksional təsnifata uyğun olaraq 2014-cü ilin birinci yarımilliyində ötən ilin eyni dövrü ilə müqayisədə Müdafiə xərclərinə 24,5 faiz (154,2 mln. manat), Mənzil və kommunal təsərrüfatı xərclərinə 23,1 faiz (28,7 mln. manat), Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyətlə əlaqədar xərclərə 19,5 faiz (22,4 mln. manat), Təhsil xərclərinə 7,6 faiz (44,5 mln. manat), Səhiyyə xərclərinə 7,6 faiz (19,6 mln. manat), Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq otrqanlarının saxlanılmasına 7,3 faiz (31,5 mln. manat), Sənaye, tikinti və faydalı qazıntılar xərclərinə 6,8 faiz (227,2 mln. manat), Nəqliyyat və rabitə xərclərinə 6,3 faiz (2,2 mln. manat) çox vəsait yönəldilib.

İqtisadi təsnifata uyğun olaraq cari ilin altı ayında dövlət büdcəsi xərclərinin 30,3 faizi və ya 2644,9 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz və ya 334,3 mln. manat çoxdur.

Eyni zamanda bu ilin altı ayında dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 1057,2 mln. manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 2315,8 mln. manat vəsait yönəldilib.

Dövlət büdcəsinin xərcləri cari ilin aprel-iyun ayları üzrə 4349,5 mln. manat icra olunub.

Cari ilin ilk altı ayında dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatların əsaslandırılmış xərc sifarişləri öz maliyyə təminatını tapıb.



Teqlər:  





Xəbər lenti