Azərbaycan Albaniyaya qaz satacaq

Azərbaycan Albaniyaya qaz satacaq
  19 Dekabr 2014    Oxunub:1446
Azərbaycan nümayəndə heyəti Albaniyada mühüm görüşlər keçirib.
AzVision.az xəbər verir ki, Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev, xarici işlər nazirinin müavini Xələf Xələfov və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin təmsil olunduğu nümayəndə heyəti Albaniya Respublikasında səfərdədir.

Dekabrın 19-da Azərbaycan nümayəndə heyəti Albaniyanın Baş naziri Edi Rama, parlamentin sədri İlir Meta, energetika və sənaye naziri Damian Giknuri ilə görüşlər keçirmişdir. Görüşlərdə Albaniya və Azərbaycan arasında enerji sahəsində ikitərəfli münasibətlər, Trans-Adriatik Qaz Boru Kəməri (TAP) və regionda həyata keçirilən digər enerji layihələri üzrə əməkdaşlıq məsələləri və perspektivlər müzakirə olunmuşdur.

Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Hökuməti arasında Albaniyanın qazlaşdırılmasına dair baş planın inkişafında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.


Teqlər:





Xəbər lenti