Axtarılan keçmiş MTN-çi Moskvada tutuldu

Axtarılan keçmiş MTN-çi Moskvada tutuldu
  12 Fevral 2016    Oxunub:3087
Ləğv edilmiş Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşı olan 23 yaşlı İbrahim Musayev Rusiyada həbs olunub.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 23 yaşlı azərbaycanlı Pervomaysk kəndində saxlanılıb. O, yalan yolla adı açıqlanmayan qızdan 2,5 milyon rubl pul almaqda və həmin vəsaiti mənimsəkədə şübhəli bilnir.

İlkin versiyaya görə, cinayətkar şəxs qadınların etimadını qazanaraq vahid sxem üzrə hərəkət edib: xüsusi xidmət orqanlarının əməkdaşı olduğunu deyib, bunun təsdiqi kimi "Makarov" tipli tapançasını onlara nümayiş etdirib. Daha sonra o qadınları 3 yaşlı qızı ilə tanış edib və uşaq üçün onlardan pul yardımı istəyib. Fırıldaq yolu ilə aldığı pulları isə mənimsəyib.

Qeyd edək ki, Naxçıvan sakini, 21 yaşlı İbrahim Musayev bir neçə il əvvəl dələduzluqda təqsirli bilinərək barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.




Teqlər:





Xəbər lenti