Avtomobil aşdı, iki ölü

Avtomobil aşdı, iki ölü
  06 Oktyabr 2015    Oxunub:1378
Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Daxili İşlər Nazirliyindən AzVision.az - a verilən məlumata görə, hadisə Suraxanı rayonunun Hövsan qəsəbəsində qeydə alınıb.

Belə ki, hələlik sürücüsünün şəxsiyyəti müəyyən edilməmiş “Mitsubishi” markalı avtomobil aşıb və nəticədə sərnişinlərdən Bakı şəhər sakini Məhəmməd Hüseynov və Oğuz rayon sakini Eyvaz Osmanov ölüb. Digər 6 sərnişin yaralandığından xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.


Teqlər:





Xəbər lenti