Avtobus sürücüsünə töhmət verilib

Avtobus sürücüsünə töhmət verilib
  08 Dekabr 2016    Oxunub:1706
Paytaxtda avtobus sürücüsü cəzalandırılıb.
Bakı Nəqliyyat Agentliyindən AzVision.az-a verilən məlumata görə, 216 saylı marşrut xətti üzrə hərəkət edən "90 RE 366" dövlət qeydiyyat nömrəli marşrutun sürücüsü Qəniyev Cavid Rafiq oğlu avtobusa həddən artıq sərnişin mindirdiyindən nəqliyyat vasitəsini qapısı açıq vəziyyətdə idarə edib.

Marşrut xəttinin müvəqqəti istismarını həyata keçirən daşıyıcı şirkətin rəhbəri Bakı Nəqliyyat Agentliyinə dəvət olunub və izahatı alınıb. Öz növbəsində, şirkət rəhbərliyi sürücünün izahatını alaraq ona qarşı töhmət elan edib.

AzVision.az


Teqlər:





Xəbər lenti