Avropa Şurasının xanım rəhbəri Bakıda

Avropa Şurasının xanım rəhbəri Bakıda
  15 Aprel 2014    Oxunub:919
Nazir Elmar Məmmədyarov Avropa Şurasının Bakı ofisinin yeni təyin olunmuş rəhbərini qəbul edib.
Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurasının Bakı ofisinin yeni təyin olunmuş rəhbəri xanım Draqana Filipoviçi qəbul edib.

Nazirlikdən AzVision.az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Avropa Şurası arasında münasibətlərin hazırkı vəziyyəti, cari ilin may ayında ölkəmizin Avropa Şurasının Nazirlər Komitəsində başlayacaq sədrliyi və sədrlik dövründə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər müzakirə olunub.

Həmçinin görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıbr.


Teqlər:  





Xəbər lenti