Avropa Oyunlarını boykot çağırışına iqtidardan reaksiya

Avropa Oyunlarını boykot çağırışına iqtidardan reaksiya
  04 Mart 2015    Oxunub:2462
“Amnesty International”, “Human Rights Watch” və “Freedom House” təşkilatları Azərbaycana qarşı qərəzli bəyanatlar yayamaqla məşğuldur.
Bunu AzVision.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

Deputat “Amnesty International” təşkilatının bu ilin yayında Azərbaycanda keçiriləcək I Avropa Yay Oyunlarını boykot etməyə çağıran müraciətinə münasibət bildirib. Millət vəkili qeyd edib ki, artıq bütün dünya həmin təşkilatların bəyanatlarına inanmır:

-“Amnesty International”, “Human Rights Watch” və “Freedom House” təşkilatları erməni lobbisinin maliyyəsi və təhriki ilə bu işləri aparırlar. Bu cür təşkilatların hansı bəyanat verməsindən aslı olmayaraq bütün cəmiyyət onları qəbul etmir. İnsanlar bilirlər ki həmin təşkilatların bəyanatları uzun illərdir ki, qərəzlidir və belə də davam edir. Avropa dövlətləri artıq öz bəyanatlarını veriblər və Olimpiya Oyunlarında da iştirak edəcəklər. Avropa Olimpiya Oyunları ilə bağlı bütün tədbirlər yüksək səviyyədə həyata keçirilir. Təhükəsizlik tədbirləri görülür. Heç bir problem olmayacaq.

Qeyd edək ki, “Amnesty International” təşkilatı Azərbaycanda keçiriləcək I Avropa Yay Oyunlarını boykot etməyə çağırıb.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti