Avropa Oyunlarına görə qiymətlər qalxmayacaq - Nazirlik

Avropa Oyunlarına görə qiymətlər qalxmayacaq - Nazirlik
  23 May 2015    Oxunub:2173
Avropa Oyunları ərəfəsində istehlak mallarında süni qiymət artımının qarşısı alınacaq.
Bu barədə AzVision.az-a İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev məlumat verib. O, bildirib ki, Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında nəzarət tədbirləri gücləndiriləcək:

“İlin bütün vaxtlarında olduğu kimi, Avropa Oyunlarında da nəzarət tədbirləri həyata keçiriləcək. Avropa Oyunları müddətində nəzarət daha da gücləndiriləcək. Bununla yanaşı istehlak məhsularının keyfiyyət və təhlükəsizlik göstəricilərinə ciddi nəzarət olunacaq”-deyə nazirlik rəsmisi bildirib.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti