Avropa Məhkəməsi ilə Türkiyə arasında din qalmaqalı

Avropa Məhkəməsi ilə Türkiyə arasında din qalmaqalı
  18 Sentyabr 2014    Oxunub:1224
Türkiyənin baş naziri Əhməd Davudoğlu Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) dini dərslərlə bağlı tələbini rədd edib.

AzVision.az xəbər verir ki, məhkəmə Türkiyədəki icbari dini dərslərin dayandırılmasına qərar verib. AİHM bu qərarını ələvi təriqətinə inanan 14 ailənin 2011-ci ildə quruma etdiyi müraciətə cavab olaraq qəbul edib. Belə ki, qərara görə, Türkiyədə din dərslərində sünni təriqətinə üstünlük verildiyi və ələvi təriqətinə inanan ailələrin uşaqlarının da bu dərsləri öyrənməyə məcbur olmağı onların hüququnu pozur.

AİHM-in qərarına münasibət bildirən Əhməd Davudoğlu qeyd edib ki, məktəblərdə din və əxlaq dərsləri bütün dinləri əhatə edəcək şəkildə tədris olunur: `Bəzi ölkələrdə uşaqlar kilsəyə aparılır və icbari din dərsi hamısına verilir. Bunlara diqqət etməyib Türkiyədə də din və əxlaq dərslərinin təzyiq kimi qələmə verilməyini qəbul edə bilmərik.`

“Hubyar” Ələvi Mədəniyyət Mərkəzi də Avropa İnsan haqları Məhkəməsinin qərarını şərh edib. Mərkəzdən verilən açıqlamada bildirilir ki, Avropa ölkələrinin də əksəriyyətində din dərsləri icbari keçirilmir. Arzuolunandır ki, Türkiyədə də Avropadakı sistem tətbiq olunsun.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti