Avropa İttifaqı prezidentin əfv sərəncamını alqışladı

Avropa İttifaqı prezidentin əfv sərəncamını alqışladı
  21 Oktyabr 2014    Oxunub:2040
Avropa İttifaqının Ali Nümayəndəsi, vitse-prezident Ketrin Eşton və Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə Komissar Ştefan Fülen Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı əfv fərmanı ilə bağlı bəyənat yayıblar.

AzVision.az xəbər verir ki, bəyanatda Avropa İttifaqı tərəfindən ölkə başçısının bu addımı yüksək qiymətləndirilib:

“Biz Azərbaycanın Prezidenti İlham Əliyev tərəfindən 17 oktyabr tarixində imzalanmış və təxminən 80 məhbus, o cümlədən ən azı dörd vətəndaş cəmiyyəti fəalının azad olması ilə nəticələnmiş əfv fərmanını alqışlayırıq.

Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələr bizim üçün vacibdir. Bu əlaqələrdən hər iki tərəfin faydalanması üçün böyük potensial mövcuddur. Biz Azərbaycanın ölkə üçün stabil, təhlükəsiz və firavan gələcək istəyini bölüşür və inanırıq ki, Azərbaycanın Avropa Şurasının üzvü və hazırkı sədri kimi beynəlxalq öhdəliklərinə uyğun olan açıq və geniş milli dialoq bu məqsədə çatmağın ən yaxşı yoludur”.

AzVision.az


Teqlər:  





Xəbər lenti