Attestat ala bilməyənlərin nəzərinə

Attestat ala bilməyənlərin nəzərinə
  31 Mart 2015    Oxunub:1958
Əvvəlki illərdə ümumtəhsil məktəblərində oxuyub ümumi orta və tam orta təhsilini bitirə bilməyən şagirdlər üçün 13, 14, 15 may tarixlərində eksternat qaydasında imtahanlar keçiriləcək.
Bakı şəhər Təhsil İdarəsindən AzVision.az-a verilən məlumata görə, qeydiyyat 01 aprel 2015-ci il tarixdən 20 aprel 2015-ci il tarixə kimi iş günləri saat 14:00-dan 17:00-dək aparılacaq, sənəd qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsində həyata keçiriləcək.

Qeydiyyat üçün tələb olunan sənədlər:
Şəxsiyyət vəsiqəsinin natoriat qaydasında təsdiq olunmuş sürəti;
2 ədəd 3x4 ölçüdə fotoşəkil;
Təhsil müəssisəsindən neçənci sinfi bitirdiyinə dair arayış;
Ümumi orta təhsil haqqında sənədin (şəhadətnamə) natoriat qaydasında təsdiq olunmuş surəti (tam orta təhsil sənədi –attestat almaq istəyənlər üçün);
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin adına ərizə.

Eksternat imtahanları Bakı şəhəri 45 nömrəli tam orta məktəbdə baş tutacaq. Ərizələri BŞTİ tərəfindən qəbul edilmiş eksternlər 6, 7, 8 may tarixlərində 10:00-dan 16:00-dək 45 nömrəli tam orta məktəbdən imtahana buraxılış vərəqələrini əldə edə biləcəklər.

Qeyd edək ki, imtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslinin gətirilməsi vacibdir.

Gültəkin


Teqlər:  





Xəbər lenti