Angela Merkel Ukraynaya gedir

Angela Merkel Ukraynaya gedir
  19 Avqust 2014    Oxunub:1877
Almaniya kansleri Angela Merkel Ukrayna prezidenti Pyotr Poroşenkonun dəvəti ilə avqustun 23-ü Ukraynaya səfər edəcək.
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məklumata görə, bu barədə Almaniya hökumətinin rəsmisi Şteffen Zaybert bildirib.

“Prezident Pyotr Poroşenko ilə yanaşı Merkel baş nazir Arseniy Yatsenyukla da görüşəcək. Daha sonra kanslerin Ukrayna şəhərlərinin meri ilə də görüşəcəyi planlaşdırılır” – deyə, Zaybert bildirib.

Görüşlərdə əsasən Ukraynadakı vəziyyət və Rusiya ilə münasibətlər müzakirə ediləcək.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti