Anar Nəcəfli efirə qayıdır

Anar Nəcəfli efirə qayıdır
  21 Noyabr 2014    Oxunub:7876
“Mən öz peşəmi, aparıcılığı sevirəm və onu hələ ki, heç nəyə dəyişmək fikrim yoxdur”.
Bunu AzVision.az-a tanınmış jurnalist, `Xəzər Xəbəri`-in keçmiş aparıcısı Anar Nəcəfli bildirib.

Aparıcının sözlərinə görə, hazırda həmin telelayihə ilə bağlı işlər yekunlaşmaq üzrədir: “Televiziyaya nə vaxtsa qayıdacağam, ancaq hələlik dəqiq tarix, ümumiyyətlə konkret nəsə deyə bilmərəm. Hazırda yeni bir televiziya layihəsi üzərində iş aparırıq. Hələ işlər yekunlaşmadığından konkret bir şey deyə bilmirəm”.

Tanınmış aparıcı Azərbaycan filmlərindən birinə çəkilmək üçün təklif aldığını da gizlətməyib:

“Filmlə bağlı təklif də almışam, ancaq bu məsələ də hələ dəqiqləşməyib”.

Xatırladaq ki, məşhur aparıcı Anar Nəcəfli bu ilin fevral ayının əvvəllərində Xəzər TV ilə yollarını ayırıb. Aparıcı öz ərizəsi ilə işdən çıxdığını və istirahət etmək istədiyini bildirib.

Mirvari Nəcəf
AzVision.az





Teqlər:  





Xəbər lenti