Almaniyada qaçqınlar etiraz aksiyası keçirib - FOTO

Almaniyada qaçqınlar etiraz aksiyası keçirib - FOTO
  06 İyul 2015    Oxunub:5502
Almaniyanın Nordrhaym-Vestfalen əyalətində Suriyalı qaçqınlar Dortmund şəhərindən köçürülmələrinə qarşı etiraz aksiyası keçiriblər. Bəziləri açıq səma altında çadır quraraq orada yaşamağa başlayıblar.

AzVision.az “Die Welt”ə istinadla xəbər verir ki, vəziyyət təkcə Dormund şəhərində belə deyil. Qaçqınların sayı artmaqdadır, ancaq Alman hökuməti yeni yerləşdirmə ərazilərinin salınması məsələsin xeyli vaxtdır ki, gecikdirir.

Almaniya miqrantlar Avropa həyat tərzi ilə çox çətin uzlaşır və bu da yerli camaatda müəyyən qədər etirazların yaranmasına gətirib çıxararır. “Die Welt” qəzeti yazır ki, Almaniyada doğulan ikinci əcnəbi nəsil uşaqları təhsildə, habelə, iqtisadi-sosial yaşam tərzində almanlara nisbətən pis nəticə göstərirlər.



“Təbii ki, cəmiyyətə adaptasiya təhsildən keçir, amma biz şəkildə Almaniyada miqrantların uşaqlarının təhsildəki roluna diqqət yetirsək, durumun heç də müsbət olmadığını görə bilərik. Misal üçün klassik miqrant axını olan ölkələrdə, xüsusən ABŞ və Kanadada miqranların cəmiyyətdəki rolu, Almaniyadakı fəaliyyətlərindən qat-qat üstündür. Hələ, 2013-cü ildə Almaniyadakı gənc miqrantların 15%-i işsiz olduğu qeyd olunur. Bu, miqrant gənclərin arasında işsizliyin almanlardan ikiqat çox olduğunu göstərir”,- deyə qəzet yazır.

Sosial Demokratlar Partiyasının tanınmış üzvü Aydan Özoğuz məsələyə münasibətində deyib ki, hazırda Almaniyaya gələn qaçıqın, mirqant və əcnəbilərin Avropa cəmiyyəti ilə qarşılıqlı uzlaşması çox vacib məqamdır.

Fərrux Həsənov
AzVision.az



Teqlər:





Xəbər lenti