Ağdamdan dəhşətli görüntülər - Video

Ağdamdan dəhşətli görüntülər - Video
  28 Aprel 2016    Oxunub:25805
Aprelin 27-dən 28-nə keçən gecə cəbhə xəttində baş verənlərlə bağlı Lider TV reportaj hazırlayıb.
AzVision.az xəbər verir ki, jurnalist Habil Aslanoğlunun hazırladığı və operator İlqar Fərmanlının lentə aldığı reportajda Ağdamın yaşayış məntəqələrinin atəşə tutuması, evlərin bombalanması, insanların yaralanması əks olunub.



Qeyd edək ki, aprelin 27-si axşam saatlarından başlayaraq, aprelin 28-i saat 04:00 radələrinədək erməni silahlı bölmələri tərəfindən Tərtər və Ağdam rayonları ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimiz 60, 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından atəşə tutulub.

Nəticədə Çəmənli kənd sakini Mustafayev Famil Əli oğlu aldığı qəlpə yarasından ölüb. Bundan başqa aldığı qəlpə yaraları ilə Ağdam Mərkəzi rayon Xəstəxanasına yerləşdirilmiş Çəmənli kənd sakini, 67 yaşlı Hüseynov Əli Müseyib oğlu günorta saatlarında vəfat edib.

AzVision.az




Teqlər:  





Xəbər lenti