Ağdama güclü dolu yağdı - FOTOLAR

Ağdama güclü dolu yağdı - FOTOLAR
  24 May 2016    Oxunub:2594
Mayın 23-də axşamüstü Ağdam rayonuna yağan güclü dolu Qaradağlı, Əfətli, Zəngişalı, Çəmənli, Qərvənd inzibati ərazi dairələrinin kəndlərində bir sıra fəsadlar törədib.
Rayon fövqəladə hallar komissiyasının sədri Zülfü Qasımov Azərtac-a bildirib ki, dolu düşən ərazilərdə taxıl zəmilərinə, kartof və tərəvəz əkinlərinə, həmçinin meyvə ağaclarına xeyli ziyan dəyib.

Rayon fövqəladə hallar komissiyasında təsərrüfatlara dəyən ziyan müəyyənləşdirilir.





AzVision.az


Teqlər:





Xəbər lenti