Ağ evdə jurnalistlərə hörmətsizlik edildi

Ağ evdə jurnalistlərə hörmətsizlik edildi
  25 Fevral 2017    Oxunub:1496
ABŞ-ın bir sıra aparıcı media nümayəndələri Ağ Evin gündəlik brifinqinə buraxılmayıb.
AzVision.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat verib.

Bildirilib ki, CNN-dən əlavə “New York Times”, “Politico”, “Los Angeles Times" qəzetləri də brifinqdən kənarda qalıb.

Telekanal qeyd edib ki, bu vaxta qədər heç vaxt belə hadisə baş verməyib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bu gün bəzi ABŞ KİV-lərini “xalqın düşməni” adlandırıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti