Abel Məhərrəmovun müraciətinə niyə cavab verilmir?

Abel Məhərrəmovun müraciətinə niyə cavab verilmir?
  27 Yanvar 2015    Oxunub:3102
“Bakı Dövlət Universitetinin yataqxanalarının tikintisinə Bakı Şəhər icra Hakimiyyəti (BŞİH) maneə olur”.
Bunu AzVsion.az-a açıqlamasında Bakı Dövlət Universitetinin (BDU) İnzibati təsərrüfat işləri üzrə prorektor Nəbi Ramazanlı deyib. O, qeyd edib hazırda köhnə yataqxananın söküntüsü prossesi də dayandırılıb:

“Köhnə binaların yarısı sökülüb. Söküntü işləri indi dayanıbdır. Biz bütün adiyyatlı qurumlara müraciətlər göndərmişik. Hacıbala müəllimə də müraciət etmişik. Amma bizim müraciətimizə cavab verilmədi. Biz ona 3 dəfə müraciət göndərmişik. Heç birinə cavab gəlməyib. Maliyyə Nazirliyindən isə yataxana məsələsinə çox müsbət yanaşdılar. Onlar pul ayrılmasını istəyirdilər. Amma bu məsələ də təxirə salındı”,-deyə prorektor qeyd edib.

Qeyd edək ki, bir müddət öncə BDU-nun bir neçə yataqxanası sökülüb. Orada məskunlaşan məcburi köçkün və qaçqınlar başqa əraziyə köçürülüblər.

Hafiz Əhmədov
AzVision.az



Teqlər:  





Xəbər lenti