AZAL-dan xüsusi aksiya

AZAL-dan xüsusi aksiya
  28 Aprel 2015    Oxunub:1202
“Azərbaycan Hava Yolları” QSC Bakı-Aktau-Bakı istiqamətindəki uçuşlarında xüsusi aksiyaya başlayıb.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, biletlərin satış müddəti və uçuş mayın 24-nə kimidir.

Bildirilib ki, aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir. Səfər müddəti 1 ay təşkil edə bilər. Bu siniflər üzrə mile-ballar hesaba əlavə olunmur. Qiymətə yığımlar və rüsumlar da daxildir.

Daha ətraflı məlumat almaq və aviabiletlərin bronlaşdırılması üçün Çağırış Mərkəzinə müraciət etmək olar: +(99412) 598-88-80 *8880


Teqlər:





Xəbər lenti