ANS-in tanınmış aparıcısı özünə yeni iş yeri tapdı

ANS-in tanınmış aparıcısı özünə yeni iş yeri tapdı
  30 Avqust 2016    Oxunub:8725
ANS-in "Şəbəkə" verilişinin aparıcısı Rahil Sayadoğlu Region TV-də işə başlayıb. Aparıcı sentyabr ayından etibarən yeni layihə ilə Region TV–də tamaşaçıların qarşısına çıxacaq.
Bu barədə AzVision.az-a Region TV-nin sözçüsü İsmayıl Həsənov məlumat verib:

“Bir müddətdir ki, sözügedən aparıcı ilə danışıqlar aparırdıq, artıq, razılaşma əldə olunub. Aparıcı yeni mövsümdən etibarən maraqlı bir layihə ilə ekranda olacaq”.

Telekanal rəsmisi, tanınmış aparıcının yeni layihəsi haqda isə ətraflı məlumat vermək istəməyib: “Layihənin detalları haqda geniş məlumat vermək istəmirəm, verilişin uğur qazanacağına inanırıq”.

AzVision.az


Teqlər:  





Xəbər lenti