ABŞ aviaşirkətləri İsrailə uçuşları dayandırdı

ABŞ aviaşirkətləri İsrailə uçuşları dayandırdı
  24 İyul 2014    Oxunub:3036
Bir aya yaxındır ki, İsrailin Qəzza zolağında apardığı intensiv əməliyyatlar vəziyyəti dəyişməyib. Şecaya şəhəri gün ərzində İsrail ordusunun zərbələrinə məruz qalıb.
İndiyədək zərbələr nəticəsində 630 fələstinli həlak olub. Həlak olan israillilərin sayı 30 nəfər təşkil edib. Fələstin administrasiyasının rəhbəri Mahmud Abbas İsraili və “Həmas” qruplaşmasını atəşi dayandırmağa çağırıb. Təl-Əvivin Ben-Hurion beynəlxalq hava limanında uçuşlar təxirə salınıb. Buna səbəb hava limanı yaxınlığında “Həmas” tərəfindən buraxılan raketin düşməsi olub. Dünyanın bir çox aviaşirkətləri ötən gecədən etibarən qeyri-müəyyən müddətə Təl-Əvivə uçuşları dayandırıb.

Amerika Birləşmiş Ştatların dövlət katibi Con Kerri İsraildədir. Dövlət katibi burada İsrail prezidenti ilə görüş keçirib və tərəflər arasında atəşkəsə nail olmağa çalışır. Bu arada isə Amerika aviaşirkətləri İsrailə bütün uçuşları dayandırıb. İsrail isə Amerika hökumətinə müraciət edərək bu qərarı dəyişməyə çağırıb.

ANS TV-nin Vaşinqtondakı bürosu "Amerika aviaşirkətlərinin uçuşları təxirə salınması sülh səylərinə təsir göstərə bilərmi?" sualına cavab tapmağa çalışıb: “Amerikanım Federal Aviasiya Administirasiyası İsrailə olan bütün uçuşları təxirə salıb. Buna səbəb kimi İsrail aeroportlarının yaxınlığında “Həmas” tərəfindən atılan raketin partlamasıdır. Bu qərarın ardınca – İtaliya, Fransa, Almaniya, eyni zamanda digər ölkələr də İsrailə olan uçuşları dayandırıblar”.


Teqlər:





Xəbər lenti