ABŞ Gürcüstana hərbi texnika göndərdi

ABŞ Gürcüstana hərbi texnika göndərdi
  05 May 2016    Oxunub:2285
Pentaqon “Yüksək səviyyədə əməkdaşlıq” birgə təlimlərində iştirak etmək üçün Gürcüstan ərazisinə “Abrams” və “Bradley” piyada döyüş maşınları göndərib.
AzVision.az xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlər 11-26 may tarixlərində Vaziani hərbi bazasında keçiriləcək. Təlimlərdə təxminən 1300 Gürcüstan, ABŞ və Böyük Britaniya hərbçinin iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, “Yüksək səviyyədə əməkdaşlıq” təlimləri ikinci dəfə keçiriləcək. İlk təlimlər 2015-ci ilin mayında keçirilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti