ABŞ Əsəddən üzr istədi – Gözlənilməz gediş

ABŞ Əsəddən üzr istədi – Gözlənilməz gediş
  24 Sentyabr 2016    Oxunub:2078
ABŞ Suriya ordusunun mövqelərinə aviazərbələr endirdiyi üçün prezident Bəşər Əsəddən üzr istəyib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib.

“Bəli, üzr istəyiblər”, - deyə Lavrov “Vesti v subbotu” verilişində “ABŞ Deyr-əz Zor-da aviazərbələrə görə Suriyadan üzr istəyiblərmi?” sualına cavab verərkən bildirib.

Qeyd edək ki, sentyabrın 17-da ABŞ-a məxsus qırıcılar Suriyanın Deyr-əz-Zor şəhərində İŞİD-lə döyüşən Əsəd qüvvələrini bombalayıb. Hava hücumu zamanı Suriya ordusundan 75 əsgər həlak olub, 100 nəfər yaralanıb.

Hadisədən sonra ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) hücumun səhvən baş verdiyini açıqlayıb

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti