ABŞ-dan rus diplomatlara seçki qadağa

ABŞ-dan rus diplomatlara seçki qadağa
  20 Oktyabr 2016    Oxunub:1584
ABŞ Dövlət Departamenti prezident seçkilərinin gedişini izləmək üçün rusiyalı diplomatları müşahidəçi kimi seçki məntəqəsinə dəvət etməyib.
AzVision.az xəbər verir ki, bu barədə “İzvestiya” nəşri Rusiya MSK-ya istinadən məlumat yayıb.

ABŞ Dövlət Departamenti Rusiya tərəfinə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun missiyasına qoşulmağı təklif edib. Lakin Rusiya MSK bunu qəbuledilməz hesab edib.

Nəşrin məlumatına görə, Rusiyanın seçkiləri izləmək barədə sorğusu ABŞ-ın 3 ştatında - Oklohoma, Luiziana və Texasda rədd edilib. Texas ştatında rusiyalı müşahidəçilər seçki məntəqəsinə yaxın gəlsələr onların cinayət məsuliyyətinə cəlb olunacağı bildirilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti